Müsəlman alimlər xalqı Məscidi-Aksaya girməyə səslədi

  • By admin
  • 27 İyul 2017 12:06

kuduslu-alimler-den-mescid-i-aksa-ya-girme-9875333_4083_o

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qüds alimləri xalqı Məscidi-Aksaya girməyə səsləyib.

İsrail polisinin Məscidi-Aksanın girişinə yerləşdirilmiş metal detektorları yığışdırması ilə bağlı məlumat vermişdik. Bu hadisədən ürəklənən müsəlmanlar yenidən oraya girməyə qərar verib. Müsəlman alimlər bu mövzu ilə bağlı xalqa çağırış edib.

Qeyd edək ki, Qüdsdəki müsəlmanlar  həftədir ki Məscidi-Aksadan kənarda namaz qılırdı.

Gununsesi.info