“Sizin 15 iyul darbeçilərindən nə fərqiniz var?” - ƏRDOĞANLA KILICDAROĞLU YENİDƏN QARŞI-QARŞIYA GƏLDİ

  • By admin
  • 18 İyun 2017 21:03

kılıçdaroğlu vs erdoğan

4 gün öncə İstanbuldan Ankaraya doğru “Ədalət!” yürüşü başladan CXP genəl başqanı Kamal Kılıcdaroğlu Türkiyə cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın “Bir gün yarğı Sizləri də bir yerə dəvət edərsə, təəccüblənməyin” mesajına sərt təpki göstərib.

Gununsesi.info-nun Türkiyə mediasına istinadən xəbərinə görə, bu gün də yürüşə davam edən Kılıcdarğolu deyib ki, onları təxribata təhrik edirlər.

“Bizi təhrik edirlər, bizi təhdid edirlər… Nə imiş- bizi yarğı çağıracaqmış, bizi həbs edəcəklərmiş?! Bunlar acizlik və zavallılıqdır”-deyə, CXP lideri sözlərinə əlavə edib.

Ərdoğan da öz növbəsində  Kılıcdaroğlunu bir daha hədəf alıb və ittihamlarını daha da sərtləşdirib

“Sizin 15 iyul darbeçilərindən nə fərqiniz var?

Onların “F-16″-ları vardı, tanklarla-toplarla yürümüşdülər. Sizlər də küçədə yürüyüsünüz, insanlatrı küçələrə tökürsünüz. Sizin onlardan nə fərqiniz var?”-deyə, Ərdoğan bildirib.

Kılıcdaroğlu isə onların-CXP-lilərin “darbeçi”ləri çox gördüklərini və hamıdan çox əziyyət çəkdiklərini, amma “darbe”yə və “darbeçi”lərə boyun əymədiklərini xatırladıb.

Kamil HƏMZƏOĞLU

Gununsesi.info