Gədəbəy sakini qayadan yıxıldı: Vəziyyəti orta-ağırdır

  • By admin
  • 18 İyun 2017 21:10

ambulani

Gədəbəy sakini xəsarətlə xəstəxanaya yerləşdirilib.

Gununsesi.info-nun APA-ya istinadən verdiyi məlumata görə, rayonun Nağılar kənd sakini 1965-i il təvəllüdlü Ələkbərov Firudin Həbib oğlu qarının kəsilmiş-deşilmiş yarası ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

F. Ələkbərov əməliyyat olunub, vəziyyəti orta-ağırdır. O, Gədəbəy rayonunda qayalıqdan yıxılaraq xəsarət aldığını bildirib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Gununsesi.info