Meşə yanğınları 62 can aldı - PORTUQALİYADA 3 GÜNLÜK MATƏM ELAN EDİLDİ

  • By admin
  • 18 İyun 2017 20:21

mesə

Portuqaliyanın mərkəzi hissəsində tüğyan edən meşə yanğınları nəticəsində 24 nəfər ölüb.

Gununsesi.info-nun “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin baş naziri Antoniu Koşta bildirib.

İki nəfər itkin düşüb. Ölənlərin sayının artacağı istisna olunmur.

Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***

Meşə yanğınlarından ölənlərin sayı 62 nəfərə çatıb.

***

Portuqaliya hökuməti meşə yanğınları nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar ölkədə 3 gün matəm elan edib.

Bu barədə isə “Publico” qəzeti məlumat yayıb.

Gununsesi.info