Suraxanıda körpə meyiti aşkarlandı

  • By admin
  • 21 Noyabr 2017 16:20

Suraxanı rayonu, 3-cü mədən küçəsində körpə cəsədi aşkarlanıb. Hadisə ötən bazar günü, noyabrın 19-da baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə yerli KİV-ə ərazidə yaşayan sakinlər məlumat veriblər.

Sakinlərdən biri səhər pəncərəsindən baxarkən körpə meyiti görüb. Bundan sonra Suraxanı rayonu 31-ci polis bölməsinə və təcili tibbi yardıma məlumat verilib. Körpənin cəsədi müayinə edilib, sakinlərə onun 6 ay 15 günlük olduğu bildirilib. “Dedilər ki, yarımçıq doğulmuş uşaqdır. Hazırda polis tərəfindən araşdırma aparılır”, – sakinlər söyləyib.

Suraxanı rayonu 31-ci polis bölməsindən baş vermiş hadisə barədə məlumat vermək istəməyiblər. Suraxanı rayon Prokurorluğundan isə xəbəri təsdiqləyiblər: “Körpə cəsədi tapılıb və hazırda faktla bağlı araşdırma gedir. Uşaq yarımçıq doğulub. Onun kim və ya kimlər tərəfindən atıldığı araşdırılır”.

Uşağın ölü doğulandan sonra küçəyə atıldığı ehtimal edilir.

Gununsesi.info