Xaçmazda avtomobil oğruları tutulub 

  • By admin
  • 18 Avqust 2017 11:58

qandal

Xaçmaz rayon sakininin “VAZ-21010” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən yeniyetmələr saxlanılıblar.  

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, avqustun 17-nə keçən gecə Xaçmaz rayonunun Qaradağlı kəndi ərazisindən kənd sakini Xanbala Zaidovun “VAZ-21010” markalı avtomobili qaçırılıb.

Xaçmaz rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şübhəli bilinən Şabran rayon sakinləri olan 2 yeniyetmə saxlanılıb.

Anar

Gununsesi.info