Əfqanıstanda 2 partlayışın qurbanı UŞAQLAR oldu 

  • By admin
  • 06 İyul 2018 17:17

Əfqanıstanın Qəzni əyalətində ardıcıl iki partlayış törədilib.

Gununsesi.info Trend-ə istinadən bildirir ki, hadisələr nəticəsində 3 uşaq həlak olub, daha 7 uşaq yaralanıb.

Qeyd olunur ki, yaralanan uşaqların vəziyyəti ağır qiymətləndirilir.

Yerli hökumət nümayəndələri partlayışların törədilməsində “Taliban” radikal hərəkatını ittiham edib. Lakin partlayışla bağlı məsuliyyəti hələ üzərinə götürən yoxdur