Daha bir ölkə Ukraynaya böyük məbləğdə yardım ayırdı

  • Müəllif: Firuzə
  • 23 Avqust 2026 22:22

Norveç 2027-ci ildə Ukraynaya 9,2 milyard dollar ayırmağı planlaşdırır.

Gununsesi.info xəbər verir ki, bununla da dəstəyin həcmi 2026-cı ildəki göstərici ilə təxminən eyni olacaq.

Norveçin Baş naziri Yonas Qahr Störe bildirib ki, bu qərar ölkədə geniş siyasi dəstəyə malikdir. Yardım hərtərəfli olacaq və hərbi, humanitar və maliyyə dəstəyini əhatə edəcək.

Störe vurğulayıb ki, prioritetləri Ukraynanın özü müəyyən edəcək, Norveç isə ən aktual ehtiyaclara cavab verməyə çalışacaq.

Gununsesi.info