
“Cümhurbaşqanımızın saçının telinə zərər gəlsə, bunu kimlərin etdiyini xalqımız anlar”.
Gununsesi.info Haber7-istinadən xəbər verir ki, bunu “TRT Haber”də “Anadolu soruyor” proqramında danışan enerji və təbii sərvətlər naziri, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkəni Berat Albayraq deyib. O, deyib ki,
Türkiyə 15 iyulda tarixi bir olay yaşadı.
“İndi heç bir şey əskisi kimi olamayacaq. Artıq taşeron olaraq istifadə olunan “təşkilatları” deyil, onların arxasında duranları görürük. Cümhurbaşqanımızın dediyi kimi, alayıyla gəlsinlər bundan sonra. Ölkə olaraq çox fərqli yerlərə daha da güçlənərək gedirik. Maşalar dönəmi bitdi. Kuklaya deyil, kuklaçıya baxacağıq. Kuklaçının kim olduğunu xalqımız bilir. Cümhurbaşqanımızın saçının telinə zərər gəlsə, bunu kimlərin etdiyini xalqımız anlar”-deyə, o, bildirib.
Kamil Həmzəoğlu
Gununsesi.info