Əfqan Muxtarlının bacısı 2 uşaqla birlikdə evdə ölü tapıldı - ONLAR DƏM QAZINDAN ZƏHƏRLƏNİB

  • By admin
  • 31 Dekabr 2017 19:30

Gununsesi.info xəbər verir ki, bu gün vicdan məhbusu Əfqan Muxtarlının bacısı Nuranə Muxtarlı yaşadığı evdə ilkin məlumata görə qazdan boğularaq ölüb. Bu haqda Müsavat Partiyası Zaqatala rayon təşkilatının sədri Saleh Soltanov məlumat verib.

Bildirilir ki,  hadisə Zaqatala şəhəri Hacı Zeynalabdin Tağıyev küçəsi bina 2, mənzil 14 ünvanında baş verib.

Həmin ünvanda kirayədə yaşayan Zaqatala rayonu Aşağı Tala kənd sakini Muxtarlı Nuranə Sabir qızı və onun bir azyaşlı övladının, o cümlədən N. Muxtarlının qardaşı Ramazanın azyaşlı övladının meyitləri aşkar edilib.

Hadisə baş verən zaman mənzildə Nuranənin daha bir azyaşlı övladı olub, o, sağ qalıb.

Hazırda Zaqatala rayon hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparılır. Meyitlər tibbi müayinə olunmaq Pataloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə aparılıb. Araşdırmadan sonra ölümlərin səbəbi məlum olacaq.

Gununsesi.info kollektivi adından Əfqan Muxtarlıya və mərhumun bütün əzizlərinə dərin hüznlə başsağlığı veririk.

Allah rəhmət eləsin!

Gununsesi.info