Əfqanıstanda partlayış: 11 ÖLÜ, 20 YARALI

  • By admin
  • 23 İyun 2017 13:14

04

Pakistanın Bəlucistan əyalətində terror aktı törədilib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bəlucistan əyaləti polisinin verdiyi məlumata görə, terrorçular əyalətin paytaxtı Quettada yerləşən polis bölməsinin yaxınlığında minalanan avtomobili partladıblar.

Belə ki, partlayış nəticəsində 11 nəfər həlak olub, 20 nəfər isə yaralanıb.

Hadisə yerinə dərhal polis və təcili tibbi yardımın əməkdaşları gəlib. Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanaya aparılıb. Onlardan bəzilərinin vəziyyəti ağırdır və ölənlərinin sayının artacağı istisna olunmur.

Qeyd edək ki, hazırda heç bir qruplaşma baş vermiş insidentə görə məsuliyyəti öz üzərinə götürüb.

Anar

Gununsesi.info