İspaniya hökuməti ölkənin Şimali Afrikadakı Seuta bölgəsində qeyri-qanuni miqrant keçidlərinin qarşısını almaq məqsədilə sahil xəttində yeni təhlükəsizlik tədbirlərinin həyata keçirilməsinə başlayıb.
Gununsesi.info xaici mediaya istinadən xəbər verir ki, hakimiyyət miqrantların ən çox istifadə etdiyi ərazilərdən olan Taraxal sahilində dənizdə 500 metr uzunluğunda üzən maneə quraşdırır.
Maneə suyun səthindən 30-70 santimetr hündürlükdə, altında isə bir metr dərinliyədək inşa edilir. Qurğuya əlavə olaraq üzən nişanlar da yerləşdiriləcək. Bununla yanaşı, İspaniya Sahil Mühafizəsi və Milli Qvardiyanın patrul qayıqlarının hərəkətini təmin etmək üçün xüsusi keçid saxlanılacaq. İspaniya hökuməti tədbirin əsas məqsədinin dəniz yolu ilə qeyri-qanuni sərhəd keçidlərinin qarşısını almaq və sərhəd nəzarətini gücləndirmək olduğunu açıqlayıb.











