Əfv Komissiyasının ilk iclası oldu - 1000 NƏFƏRDƏN ÇOX MÜRACİƏT EDİB

  • Müəllif: admin
  • 30 Yanvar 2018 17:52

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.

Gununsesi.info apa-ya istinadən xəbər verir ki, komissiyaya əfvlə bağlı 1000-dən çox müraciət daxil olub, bu gün 100-dək müraciətə baxılıb.

Qeyd edək ki, komissiyanın iclasları yekunlaşandan sonra əfv olunacaq şəxslərin siyahısı Prezidentə təqdim olunacaq.

Əfv sərəncamının Novruz bayramı ərəfəsində imzalanması gözlənilir.

Gununsesi.info