Əjdər Ağayev: “5 yaşlı uşaq niyə namaz haqqında oxumalıdır ki?”

  • By admin
  • 10 Oktyabr 2016 17:28

ejder

“Qələm” Nəşriyyatının istehsalı olan “Məktəbə Hazırlıq – 365 GÜN” adlı məktəbəqədr təhsil müəssisələri üçün nəzərdə tutlan dərslikər  mütəxəsislərin qınaq obyektinə tuş gəlib.

Gunusesi.info-nun xəbərinə görə,  kitabda azyaşlılara dinin gizli təbliği həyata keçirilir. Belə ki, mütəxəsislər kitabda  əlifbanin “N” hərfinin təqdimatında namaz və namaz haqda əyani bilginin verilməsini məqsədli təbliğat  hesab edirlər.

Azərbaycan Təhsil Şurasının sədri Əjdər  Ağayev hesab edir ki, məktəbəqədər təhsil müəssislərində əlifbanı öyrədən dərsliklərin tədrisi qadağan olunmalıdır. Onun sözlərinə görə,  məktəbə hazırlıq və uşaq baxçalarında hazırlıq  üçün dərsliklər, ümumiyyətlə,  lazım deyil: “Uşaq baxçasında, hətta məktəbə hazırlığın özündə belə,  məktəin vəzifəsi  hərf və ya riyazi əməliyyat öyrətmək üçün deyil,  uşaq fikir və məntiqi düşüncəsini formalaşadırmaq və artırmaqdan ötrüdür.   5 yaşlı uşaq niyə namaz haqqında oxumalıdır ki? Bu günələrdə məktəbəqədər təhsil işçiləriylə bağlı böyük bir forum keçirdik”-, deyə o bildirib.

 Ə Ağayev qeyd edib ki, forumda iştirak edənlər bütün bu məsələləri müzakirəyə çıxardıblar ki, əslində,  məktəbə hazırlıq nələri verməlidir: “Əgər məktəbəqədər hazırlıq prosesində hərf  öyrədilirsə, bu,  uşaqda 1-ci sinfə marağı öldürür. Sözügedən kitablarla tanış deyiləm. Amma fikir bildirmək stəyirəm ki,  bu cür dərsliklərin olması haqqında əlaqədar nazirliyə məlumat verməlidirlər. Yəni  hərf öyrətmk  meyli uşaq baxçası üçün yararlı deyil.  Hətta yararlı olan siniflər üçün belə, əgər “N” hərfi  öyrədilirsə, o  zaman bu hərfin ənənədən, adətdən və dini dəyərlərdən başlanması  heç doğru deyil. Bu uşağın bildiyi və gördüyü obyekt  haqqında olan şəkil və informasiya verilməlidir, namaz prosesi yox. Məsələn, nar, nanə, nərdivan və s.  Hətta  bu həf haqqnda bilgi “nalla”  başlaya bilməz. Çünki  müasir uşaqlarımız  nal nədir, bunu blmirlər.   Baxçada olan  uşaq namazın nə oduğun nə dərk edir ki…  Hesab edirəm ki, kitabın müəllifi  görünür pedaqoji   yanaşmanın, pedaqogika elminin tələblərini blmir. Bilmədiyinə  görə də, öz düşüncələrinə əsasən, dini təbliğat vasitəsinə çeviriblər. Kitabı hazırlayan müəllif  bunu təhsil nazirliyinə təqdim etməli və rəy almalıdır. Dərslik şöbəsi isə öz növbəsində bunu rəyə təqdim etməlidir. Rəylərdən qayıtdıqdan sonra qiymətləndirmə komissiyasına  göndərilməlidir. Yalnız bu prosedurlardan  keçdikdən sonra  dərslik  tələblər üzrə meyarları ödəməli və bundan sonra həmin kitab işıq üzü görməlidir. Özü də uşaq  baxçası üçün nə dərslik?  Uşaq baxçaları üçün nəzərdə tutulan yardımçı ədəbiyyatda yalnız şəkil, oyun təsviri olmalıdır. İlk tədris kitabında uşaqlara maraqlı obyektlər təsvir edilməlidir.  Daha dini ayinlərin təsviri yox. Bu adamlar isə naşıdırlar. Uşaq baxçasında nə dərslik? Hazırlıq və ilkin təhsildə bədii təsvir və şəkillər verilir. Ondan sonra keçirlər təhsilə. Bilmirlər, lakin nütəxəsislərə məsləhətləşmirlər də.  Hələ üstəlik, bu katablar pulsuz  paylanmalı olduğu halda məktəbəqədər təhsil müəssisələrində pulla satılır. Ümumiyyətlə, məktəb və məktəbəqədər təhsil müəssisələrində hazırlıq sisteminin özünün  təşkilinin tələbləri  var. Əgər hazırlıq sistemini tətbiq edən məktəblər bu tələblərə cavab vermirsə, orada hzırlıqdan söhbət belə gedə bilməz”-, deyə obildirib.

Gülnaz Qənbərli

Gununsesi.info