Ələsgər Məmmədli: “Prosesdə ancaq müstəqil ekspertiza aparıla bilər”

  • By admin
  • 23 İyun 2016 14:30

elesger

 

“Bu yanaşma çox qüsurludur. Belə prosesdə ancaq müstəqil ekspertiza aparıla bilər. Ona görə də, burada müstəqil ekspertə təsir edəcək bütün amillər də nəzər alınmalıdır. İndiki halda bir şəxsin iş yerində illərlə onunla çiyin-çiyinə işləmiş şəxs haqqında istər neqtiv, istərsə də pozitiv baxımdan, fərqi yoxdur. Bir müəssisədə çalışan əməkdaşşlarının birnin digərinə qarşı ekspertizada iştirak etməsi qanunlara ziddir. Bu şəxslərin ekspertizaya cəlb olunması, qurumdan rəy alınması, qururmun prosesdə tərəf kimi göstərilməsi kifayət qədər qüsurlu yanaşmadır”.

Bu haqda Gununsesi.info media hüququ üzrə tanınmış ekspert Ələsgər Məmmədli professor Qulu Məhərrəmliyə qarşı başlanmış məhkəmə işi çərçivəsində aparılacaq linqvistik ekspertizaya Bakı Dövlət Universitetindən mütəxəssislərinin cəlb olunmasına münasibət bildirərkən deyib.

Ələsgər Məmmədli bildirib ki, indiki halda ekspertiza üçün müraciət olunmuş müəssisə də, cəlb edilmiş mütəxəssislər də bəribaşdan rəyin obyektivliyi üçün ciddi basqı və şübhələr yaradır: “Əvvəla, cinayət təqibinə məruz qalmış şəxsin iş yerindən mütəxəssis seçilməsi yolverilməzdir, ikincisi qanuna görə, işin nəticəsində maraqlı olan şəxs rəy hazırlanmasında iştirak edə bilməz, üçüncüsü isə Q.Məhərrəmli ilə bağlı məhkəmə işi ifadə azadlığı üçün ciddi önəm daşıdığından cəlb olunan mütəxəssislərin çox obyektiv olmasını, həm də bu mütəxəssislərin xüsusi biliklərə malik şəxslər dairəsindən seçilməsi zəruridir”-deyə o bildirib. Ələsgər Məmmədli bu cür halların baş verməsinə təəssüfləndiyini vurğulayıb: “Təəssüf ki, Azərbaycanda ən böyük problem müstəqil ekspetiza institularının yoxluğudur. Lakin bu məsələdə spesifik laboratoriya da lazım deyil. Məhkəmə bununla bağlı bir-iki tanınmış media hüquqşünasından, eyni zamanda diffomasiya haqqında qanunun Avropa təcrübəsini bilən şəxsləri ekspert kimi dəvət edə bilər. Onlar da bu məsələyə kifayət qədər aydın rəy verə bilərdi. Məncə, burada məhkəmənin də qüsurlu yanaşması var. Təbii ki, Qulu Məhərrəmliyə qarşı tərəfin basqı qurulması kimi dəyərləndirirəm. Bu cür hərəkətlərlə onlar ekspertlərin tərəfsizliyinə müdaxilə ediblər”.

Qeyd edək ki, Arif Alışanov haqqında söylədiyi tənqidi fikirlərə görə cinayət təqibinə məruz qalan media mütəxəssisi, professor Qulu Məhərrəmli ona qarşı başlanmış məhkəmə işi çərçivəsində aparılacaq linqvistik ekspertizaya Bakı Dövlət Universitetindən mütəxəssislər cəlb olunmasına etiraz edib. Jurnalist bu barədəki vəsatətini dünən Yasamal rayon məhkəməsinə göndərib. Məhkəmədən Gununsesi.info-ya bu məlumatın dogru olduğunu bildiriblər, amma hələlik hər hansı qərarın verilmədiyini bildiriblər.

Xatırladırııq ki, Yasamal rayon məhkəməsinin müraciətinə əsasən, BDU-nun Azərbaycan dilçiliyi kafedrasının əməkdaşları – professor Zemfira Şahbazova və baş müəllim Təranə İsmayılova dilçi-mütəxəssis qismində linqvistik ekspertizaya cəlb ediliblər. Lakin sonradan məlum olub ki, Z.Şahbazovanın Alışanovlar ailəsi ilə şəxsi dostluq münasibətləri var. Digər mütəxəssis T.İsmayılova isə yaxşı müəllim kimi tanınsa da, dilçilik ixtisası üzrə elmi dərəcəsi yoxdur.

Gülnaz Qənbərli