Habertürk: “Polat Ələmdar artıq son patronlarını atır” - Sönən ulduzlar

  • By admin
  • 23 İyun 2016 14:39

13521617_1053819798001348_1448419740_n

 

Türkiyə mətbuatı son zamanların kino və serial ulduzları haqqında geniş yazı ilə çıxış edib. Gununsesi.info “Habertürkə”-ə istinadən aktyorların və aktrisaların çəkildiyi filmlərin zamanının artıq geridə qaldığını xəbər verir.

Yazıda bildirilir ki, artıq Polad Ələmdar dövrü bitir. Uzun müddət təkcə Türkiyə tamaşaçılarını deyil, eyni zamanda Azərbaycan və digər ölkələrin ən sevimli ulduzuna çevrilən Necati Şaşmaz dövrü tarixin arxivinə köçür. Nə qədər ki, Şaşalı “Qurdlar vadisi”nin ssenaristi idi, Polad Ələmdar rolunun ifaçısı Necati Şaşmaz tərəfindən daha çox sevilir və kinonun hər serialı səbrsizliklə gözlənilirdi.

Ancaq ssenaristin dəyişməsindən sonra Polad Ələmədar rolu bayağılaşmağa başladı və öz tamaşaçı auditoriyasını itirməyə başaldı.

Bu gün də ən çox baxılan seriallar sırasında olsa da, artıq öz cəlbediciliyini itirib. Bir bayağı rəng alıb. Tamaşaçını yorur. “Habertürk” bir zamanlar parlayan ulduzların sönməsi və geridə qalması ilə bağlı mövzuya toxunaraq sönən ulduzlar haqqında məlumat verib. Sönən ulduzlar və dövrlərini bitirən ulduzlar sırasında Polad Ələmdar rolunun ifaçısı Necati Şaşmaın da adı yer alıb.

 

Artıq Şaşalı günlər geridə qaldı: “Elə eyni hekayə, eyni baxış və eyni duruş. Tamaşaçı artıq bezib. Son patronlarını atır. Polad Ələmdar dövrü bitir”. Sıra təkcə bununla bitmir. Bir xeyli ulduzun adı bu siyahıda yer alır.

Növbəti ulduz “Gecənin kraliçası”ındakı oyunçu Meryəm Üzerlidir. Qəzet yazır ki, o, parladığı kimi də söndü. Dünya starı olmaq iddiası və özəl həyatı ilə bağlı sərt tənqidlərə tuş gəldi. Yazıda Məryəm Üzerlinin eyni zamanda, “Gecənin kraliçası” filmi ilə də bir xəyal qırıqlığı yaratdığı qeyd edilir. Onun keçmiş şöhrətini geri qaytamağın mümkün olmadığı bildirilir.

Materialda Beren Saat da sönən ulduzlar sırasnda yer alıb. Onun “İntiqam”, daha sonra isə “Möhtəşəm yüz il-Köşəm”dəki rollarının uğur gətirmədiyi qeyd olunur. Hələ də yaxşı qazanmasına baxmayaraq, keçmiş günlərin geridə qaldığı bildirilir.

Digər bir şəxs isə Kivanc Tatlıtuğdur. O, ekranlarda tez-tez görünsə də, əski xarizmasndan əsər-əlamət qalmayıb. Xüsusən də, “Kurt Seyir və Şura” dan sonra heyranlarının gözündən düşməyə başlayıb.

Məlumata görə, Fərəh Zeynəb Abdullah da “Öyle Bir Geçer Zaman ki” performansını “Yeni bir yıldız doğuyor” da izləyicisini itirmiş oldu.

“Sönən ulduzlar”da adı yer alan növbəti şəxslər isə Nurgül Yeşilçay və Cansu Deredir.

 

Nurgul

 

13514323_1053819778001350_1454154247_n

 

13514396_1053819711334690_1492789024_n

 

13492835_1053819874668007_1943362486_n

 

13492985_1053819741334687_1878183519_n

 

13514414_1053819754668019_1698187628_n