Əlacsız qadın Ali Məhkəmədən ədliyyə nazirinə ŞİKAYƏT ETDİ (FOTOLAR)

  • By admin
  • 11 Sentyabr 2017 12:16

ali mehkeme

Bu gün redaksiyamıza Füzuli rayon sakini Q.Əliyeva tərəfindən Azərbaycan Respublikası ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədova ünvanlanmış məktubun surəti göndərilib.

Gununsesi.info xəbər verir ki, məktub müəllifi Fizuli rayonunun Mahmudlu-2 kənd sakini, “Qırmızı Əmək Bayrağı” ordenli əmək veteranıdır.

Şikayətçi xatırladıb ki, oğlu Əliyev Vasif Təyyub oğlu 22.05.2015-ci ildə adıçəkilən kəndə keçirilmiş toy məclisində 3-4 nəfər tərəfindən döyülərək üz-gözü tanınmaz hala salınıb: “Evə gələn oğlum həmin şəxslərdən birinin, davanın səbəbkarı olan şəxsin evinə gedib. Onu evdə tapmayanda atası ilə mübahisə edərək ona bir bıçaq zərbəsi vurmuşdu. Daha sonra həmin şəxslə barışmışıq. Heç bir şikayəti olmadığına dair məhkəmədə ifadə verib”.

Məktub müəllifi nazirə müraciətində bildirir ki, oğlunun cinayət törətdiyini bilir və onun cəza almağını təbii qarşılayır: “Mənim şikayətim həmin işə baxılarkən həm istintaq dövründə, həm də məhkəmədə kobud qanun pozuntularına yol vermələri ilə əlaqədardır. İşi aparan müstəntiq əvvəlcə 126.1 maddəsi ilə cinayət işini bağlayıb. Özünün iştirakı ilə ittiham aktı tərtib etsə də, daha sonra bizdən istədiyi məbləği verə bilmədiyimiz üçün cinayət işini 126.2.4 maddəsi ilə (xuliqanlıq niyyəti) bağlayaraq məhkəməyə göndərib. Lənkaran Ağır Cinayətlər Məhkəməsi həmin maddə ilə oğluma 7 il 6 ay cəza kəsib. Hökümdən Şirvan Apellyasiya Məhkəməsinə verdiyimiz şikayət isə tam deyil qismən təmin olunaraq, oğlumun cəza müddəti bir il azaldılıb”.

Şikayətçi vurğulayır ki, oğlu Vasifə 126.2.4 maddəsinin tətbiq edilməsinin qanunsuz olmasını Ali Məhkəmənin Plenumunun 23.03.2004 tarixli “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarı da təsdiq edir. Həmin qərarın 3-cü bəndində göstərilir ki, “məhkəmələrin nəzərinə çatdırılsın – ictimai qaydanı pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən, şəxsi münasibətlər zəminində intiqam hissi ilə törədilən sağlamlığa ağır zərbə vurma və.s hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir: “Həm çıxarılan hökümdə, həm də həmin hökmün qüvvədə saxlayan qərarda açıq-aydın göstərilir ki, oğlum Vasif onu döyən şəxsdən intiqam almaq üçün şəxsi münasibət zaminində bu əməli törədib və ən asası da bu əməli ictimai yer olan toy məclisində deyil, həmin şəxsin mənzilində ikilikdə törədib. Bizim ailə həmişə zəhmətlə dolanan ailə olub. Bütün ömrümü zəhmətlə keçirmişəm. Çox az adama nəsib olan “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif olunmuşam. Övladlarımı da bu ruhda tərbiyə etmişəm. Bu faktı oğlum Vasifə verilən xasiyyətnamələr də təsdiq edir. Ancaq hər kəs səhv eləyə bilər. Hörmətli Mehriban xanım Əliyeva da parlametdəki çıxışında bildirib ki,“Bir dəfə səhv eləyən şəxsin bağışlanmaq haqqı vardı”. Cənab prezidentimiz İlham Əliyevin 10.02.2017-ci il tarixli sərəncamında da göstərilib ki, qanunçuluğa ciddi əməl olunmaldır”.

Q.Əliyeva daha sonra yazıb ki, bir neçə aydır ciddi problemlə üzləşib: “Artıq 5-ci aydır ki, Ali Məhkəməyə verdiyimiz kassasiya şikayətinə hələ də baxılmayıb. Sizdən bir ana kimi, sərhəd bölgəsində yaşayan bir ailənin başçısı kimi xahiş edirəm ki, mənim oğlumun işi ilə yaxından məşğul olasınız. Həm qanunlarımıza, həm də prezidentin sərəncamına əməl olunmasına nəzarət edəsiniz”.

20170911_122614 20170911_122713 20170911_122739

Anar

Gununsesi.info