Əli Kərimli: “Milli Şura” seçkilərdə iştirak edib-etməmək barədə hələ qərar verməyib

  • By admin
  • 28 Noyabr 2019 16:58

Milli Şura” növbədənkənar parlament seçkilərində iştirak edib-etməmək barədə hələ ki, qərar verməyib.

Gununsesi.org xəbər verir ki, bunu AXCP lideri Əli Kərimli “Facebook” səhifəsində canlı yayım zamanı deyib.

O bildirib ki, bu məsələ hələ müzakirə olunmayıb: “İstənilən halda biz ictimaiyyəti qərarımız barədə məlumatlandıracağıq”.

Xatırladaq ki, Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının bu gün keçirilən iclasında partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etmələri tövsiyə olunub.

Gununsesi.org