Əli Məsimli gələn ilin büdcəsini tənqid etdi -2011-Cİ İL SƏVİYYƏSİNDƏDİR

  • Müəllif: admin
  • 30 Sentyabr 2016 13:23
eli mesimli 
“Azərbaycanın 2017-ci il büdcə layihəsi 2011-ci il səviyyəsində hazırlanması xoşagəlməz haldır.” Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Əli Məsimli Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, 2017-ci il büdcə layihəsi Azərbaycanın böyük iqtisadi potensialı  fonunda  2011-ci il səviyyəsində hazırlanması heç də xoşa gələn hadisə deyil: “Amma  belə kiçik həcmli büdcədən səmərəli istifadə edilərsə, qarşıya qoyulan  hədəflərə nail olmaq olar.  Büdcə vəsaitinin səmərəli və təyinatı üzrə xərclənməsi üçünsə  “Maliyyə nəzarəti haqqında” qanun layihəsinin qəbul edilməsinə ehtiyac var və bu artıq günün reallığıdır”.
Millət vəkili onu da əlavə edib ki, “Rəqabət haqqında” qanun qəbul edilərsə və ölkədə sahibkarlığa  fürsət verilərsə, o zaman  büdcədə  hər il 7-8 faiz artım ola bilər.
“Bu da yaxın gələcəkdə büdcənin tamamilə  neft faktorundan asılılığından azad olunmasına gətirib çıxarar”- deyə, millət vəkili vurğulayıb.
Ə.Məsimli çıxışında  problemli kreditlər, xüsusən də dollarla olan kreditlər məsələsinə toxunaraq bildirib ki. hökumət bu  problemi nə qədər tez həll edərsə, bu həm hökumətə, həm bankalar, həm də əhali üçün yaxşı olardı: “Bu problemin  həll olunmaması  son nəticədə hökumət üçün ciddi problemlərə gətirib çıxaracaq. Nə qədər gec deyil, bu məsələ həllini tapmalıdır”.
 
 Mürtəza
Gununsesi.info