
“Volvo” avtomobil şirkəti 127 min avtomobilini geri çağırıb.
Gununsesi.info İsveç rəsmi xəbər agentliyinə istinadən xəbər verir ki, kondisionerlər su damlatması səbəbilə “Volvo” dünya üzrə 127 min avtomobilini geri çağırıb.
“Volvo” nun spikeri Katarina Adamson, geri çağırılan avtomobillərin 6 min 400-ünün İsveçdə, digərlərinin isə müxtəlif ölkələrdə olduğunu bildirib.
Katarina Adamson, qüsurun 2016 və 2017 model “XC90 SUVs”, “S90” və “V90” modellərindən olduğunu da qeyd edib.
Anar
Gununsesi.info












