Əliyar Ağayev yeni təyinat alıb

  • Müəllif: admin
  • 11 Sentyabr 2017 16:00

08

Azərbaycanlı FİFA hakimi Əliyar Ağayev növbəti təyinatını alıb.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından Gununsesi.info-ya verilən məlumata görə, UEFA Avropa Liqasının İ qrupunda sentyabrın 14-də D.Afonso Henriques stadionunda keçiriləcək “Vitoriya” (Portuqaliya) – “Salzburq” (Avstriya) oyununu FİFA referisi Əliyar Ağayev idarə edəcək.

Onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq. Dördüncü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək. Əlavə köməkçi hakimlər isə Rəhim Həsənov və Orxan Məmmədov olacaq.

Anar

Gununsesi.info