İsrailin Azərbaycandakı səfiri Lapşinin əfvindən danışdı

  • Müəllif: admin
  • 11 Sentyabr 2017 16:06

photo_118593

İsrailin Azərbaycandakı səfiri Aleksandr Lapşinin prezident İlham Əliyev tərəfindən əfv olunması məsələsinə münasibət bildirib.

Gununsesi.info xəbər verir ki, bu barədə mətbuata açıqlama verən səfir Dan Stav bildirib ki, o, əfv qərarını müsbət qarşılayır.

Səfir ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını qeyd edib: “Əvvələr də qeyd etdiyimiz kimi, İsrail Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini və Minsk Qrupunun səylərini dəstəkləyir”.

Gununsesi.info