Əliyev Abdulatipovu “Dostluq” ordeni ilə təltif etdi

  • By admin
  • 02 Avqust 2016 17:30

ilya-10

 

Ölkə prezidenti İlham Əliyev Ramazan Abdulatipovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Gununsesi.info-nun məlumatına görə, Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası, həmçinin Azərbaycan və Dağıstan xalqları arasında dostluq, əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə Ramazan Hacımuradoviç Abdulatipov “Dostluq” ordeni ilə təltif edilsin”.

Gununsesi.info