Əliyev Gülümovu sevindirdi - Ona fərdi təqaüdün verilməsi haqqında sərəncam imzaladı

  • Müəllif: admin
  • 04 Oktyabr 2016 15:45

????????????????????????????????????

Ölkə Prezidenti İlham Əliyev M.Q.Gülümova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

Gununsesi.info-nun məlumatına görə, Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. Sumqayıt şəhərinin iqtisadi inkişafında xidmətlərinə görə Müzəffər Qəzənfər oğlu Gülümova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Gununsesi.info