Əməkdar incəsənət xadimi vəfat etdi

  • By admin
  • 09 Oktyabr 2022 20:03

Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, bəstəkar Ruhəngiz Qasımova vəfat edib.

Gununsesi.info xəbər verir ki, bu barədə teatrşünas Anar Bürcəliyev məlumat yayıb.

O, 82 yaşında dünyasını dəyişib.

Ruhəngiz Qasımova 1940-cı il iyulun 12-də Bakıda anadan olub. Uzun müddət Azərbaycan Dövlət Televiziyasında və radiosunda səs rejissoru, bəstəkar kimi çalışıb.

Allah rəhmət etsin!

Gununsesi.info