Əmrə Can “Liverpul”u tərk etdi

  • By admin
  • 21 May 2018 19:11

“Liverpul”un yarımmüdafiəçisi Əmrə Canın “Yuventus”a keçidi baş tutub. Gununsesi.info -nun “Guardian”a istinadən məlumatına görə, Almaniya millisinin üzvü yeni komandası ilə münasibətləri rəsmiləşdirib.

“Liverpul”la müqavilə müddəti başa çatan Türkiyə əsilli oyunçu italyanlara havayı başa gəlib. Skudettonun qalibi ilə 5 illik sazişə qol çəkən 24 yaşlı dayaq yarımmüdafiəçisinin illik məvacibi 5 milyon avro olacaq.

Qeyd edək ki, Əmrə Can “Liverpul”a 2014-cü ildə “Bayer”dən keçib.