“Ən ideal qanun olsa belə, o, işlək olmasa, heç bir əhəmiyyəti olmayacaq” - ARAZ ƏLİZADƏ

  • Müəllif: admin
  • 25 Yanvar 2018 15:52

Millət vəkili Araz Əlizadə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeninin qanun layihəsinin qəbulunun tərəfdarı olsa, amma sənədin işləyə bilməməsindən ehtiyatlandığı bildirib.

Gununsesi.info-nun xəbərinə görə, millət vəkili üzvü olduğu Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin yanvarın 25-də keçirilən iclasında adıçəkilən qanun layihəsinin müzakirəsi zamanı deyib ki, ən ideal qanun olsa belə, o, işlək olmasa, heç bir əhəmiyyəti olmayacaq:

“Mən belər sənədin qəbulunun əleyhinə deyiləm. Hesab edirəm ki, belə bir sənədə ehtiyac var. Amma əsas məsələ onun icrası, işləkliyidir. Ən ideal qanun qəbul etsək belə, o, işləməyəcəksə, heç bir əhəmiyyəti olmayacaq. Ona görə də mənim açığı deyim ki, bu sənədin işləməsinə inamım çox azdır. Axı, indiki əlil təqaüdləri, əlil müavinətləri ilə bu qanunun işləkliyini necə təmin etmək olar və ya olacaq?! Mən buna şəxsən şübhə ilə yanaşıram”.

H.NİHAT

Gununsesi.info