Əqrəblər Misirə hücum etdi: 450 NƏFƏR....

  • By admin
  • 14 Noyabr 2021 11:46

Misirin Asvan əyalətində baş verən qum fırtınası nəticəsində bölgə əhalisi əqrəblərin hücumuna məruz qalıb.

Gununsesi.info  xəbər verir ki, Misirin Səhiyyə nazirinin müavini İhab Hənəfi bu barədə açıqlama verib.

Qum fırtınası ərazidəki bəzi evlər yararsız hala salıb, elektrik enerjisinin kəsilməsinə səbəb olub. Dağlıq ərazilərdə yaşayan əqrəblərin sel və qum fırtınasının təsiri ilə yaşayış məntəqələrinə sürükləndiyi təxmin edilir.

Əqrəb sancması nəticəsində 3 nəfər ölüb, 450 nəfər isə yaralanıb.

Gununsesi.info