Ərdoğan Afrika turuna çıxır

  • Müəllif: admin
  • 21 Yanvar 2017 10:06

erdoqan-amina

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Afrika ölkələrinə səfər edəcəyi gözlənilir.
Gununsesi.info Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, səfər yanvarın 22-dən 26-dək gerçəkləşəcək.

Belə ki, qitə səfəri çərçivəsində R.T.Ərdoğan Tanzaniya, Mozambik və Madaqaskara da gedəcək.

Xəbərdə bildirilib ki, R.T.Ərdoğan yanvarın 22-dən 23-dək Tanzaniya, yanvarın 23-24-də isə Mozambikə, yanvarın 24-dən 26-da Madaqaskarada rəsmi səfərdə olacaq. Səfər çərçivəsində iqtisadi əməkdaşlıq məsələləri müzakirə ediləcək.

Anar

Gununsesi.info