
Nərimanov rayonunun Z.Bünyadov prospektində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, yanvarın 20-də Nərimanov rayonunun Z.Bünyadov prospektində Masallı rayon sakini Ceyhun Əliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən Ağdam rayon sakini Oqtay Gülmalıyevi vurub və nəticədə piyada hadisə yerində ölüb.
Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Anar
Gununsesi.info











