Rusiya Suriyadakı hərbi mövqeyini gücləndirir

  • Müəllif: admin
  • 21 Yanvar 2017 10:18

suriya

Rusiya Tartus Limanında yerləşən Hərbi Dəniz Qüvvələrinin imkanlarını genişləndirilməklə bağlı Suriya hökuməti ilə müqavilə imzalayıb.

Gununsesi.info Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, razılaşmaya görə, RusiyaTartus Limanına 11 müxtəlif təyinatlı hərbi gəmi və bu gəmilərin təhlükəsizliyini təmin edəcək sayda şəxsi heyət yerləşdirəcək. Bununla da Rusiya Suriyanın həm sahil, həm dəniz, həm də hava təhlükəsizliyini tam təmin edəcək.

Rusiya icarə haqqı ödəmədən 49 il müddətindəTartus limanında fəaliyyətini davam etdirəcək. Razılaşmaya görə,49 ildən sonra bu, müddət daha 25 il uzadıla bilər.

Eyni zamanda, Tartus Limanında xidmət edən hərbi qulluqçular və onların ailələridiplomatik toxunulmazlıq statusuna malik olacaqlar.

Anar
Gununsesi.info