Ərdoğan Azərbaycana gəlir?

  • By admin
  • 02 May 2017 13:26

ilham_aliyev_erdogan

Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına Azərbaycandan sonra ən böyük idmançı qrupu Türkiyədən qatılacaq.

Gununsesi.info-nun xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. O, Türkiyə nümayəndə heyətinin 500-ə yaxın şəxsdən ibarət olacağını söyləyib: “Türkiyə bütün idman növlərində təmsil olunacaq. Ayın 5-də futbol komandamız Azərbaycana gələcək. Gənclər və idman nazirimizin gələn həftə Bakıya səfəri nəzərdə tutulub. Prezidentin gəlişi də düşünülür. Hələlik qəti bir şey yoxdur, planlaşdırma mərhələsindədir”.

Gununsesi.info