
Türkiyə ilə Rusiya arasında iqtisadi əməkdaşlıq müdafiə sənayyesi kompleksi və energetika sahəsindədir.
Gununsesi. info “rian.ru”-ya istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Moskvada Putinlə görüşündə səsləndirib.
Onun sözlərinə görə, iki ölkə arasındakı əməkdaşlıq əsasən bu və digər sahələr üzrədir.
“Türk axını” və “Akkuyu” AES-in tikintisinə gəldikdə isə Ərdoğan bəyan edib ki, bu istiqamətdə əməkdaşlıq əvvəlki məcrasına dönür və bu istiqamətdə də əməkdaşlığımız günü gündən inkişaf edir. “Bu yaxınlarda iki ölkə arasında keçirilən enerji konqresi əlaqələrimizin yenidən bərpa olunması istiqamətində çox səmərəli oldu”- deyə, Ərdoğan vurğulayıb.
Putin isə öz növbəsində bəyan edib ki, hər iki ölkə Suriya münaqişəsinin tənzimlənməsi istiqamətində çox fəal surətdə birgə fəaliyət göstəririk.
Putin onu da əlavə edib ki, iki ölkə arasında əlaqələr daha sürətlə inkişaf etdirlməli və yüksəksəviyyəli əlaqələr bərpa olunmalıdır: “Əlaqələrin daha yüksək səviyyədə bərpa olunması üçün digər lazımi addımlar atılmalıdır”.
Mürtəza
Gununsesi.info












