Ərdoğan: - İraqın şimalı çox tezliklə terrorçulardan təmizlənəcək

  • Müəllif: admin
  • 09 İyun 2018 11:16

İraqın şimalı, o cümlədən Qəndil çox tezliklə terrorçulardan tamamilə təmizlənəcək.

Gununsesi.info-nun məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

 R.T.Ərdoğan bildirib ki, İraqın şimalı PKK terrorçuları üçün yuvadır:

“Əgər İraq hakimiyyəti bu bölgəni təmizləmək iqtidarında deyilsə, o zaman Türkiyə Silahlı Qüvvələri bu torpaqların terrorçulardan azad edilməsi üçün mümkün olan hər şeyi edəcək”.