Gununsesi.info xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai “X” sosial şəbəkə hesabında yazıb.
“Təxminən iki saat davam edən bu prosesdə heç bir şübhəyə yer qoymayacaq və hər hansı bir tərəf üçün heç bir bəhanə qalmayacaq şəkildə diplomatiyanın bərpası üçün İranın mövqeləri və şərtləri Amerika tərəfinə çatdırılıb”, – o bildirib.
Bəqainin sözlərinə görə, İranın şərtləri aydın və şəffafdır: “Dəniz mühasirəsi, iqtisadi təzyiq də daxil olmaqla, ABŞ-nin təcavüzkar hərəkətlərinin dayandırılması, bütün cəbhələrdə müharibənin başa çatdırılması, İranın dondurulmuş və ya məhdudlaşdırılmış aktivlərinin azad edilməsi, iki sahilyanı dövlət arasında razılaşdırılmış şəkildə təhlükəsiz gəmiçilik marşrutunun qəbul edilməsi”.(report)












