Suriya Prezidenti İsraillə sülhün şərtini açıqladı

  • Müəllif: Firuzə
  • 23 Sentyabr 2026 23:06

Suriya Prezidenti Əhməd Əhməd Əl Şaraa bəyan edib ki, əgər Təl-Əviv mövqeyini dəyişərsə və Dəməşqin hüquqlarına hörmət edərsə, İsraillə sülhün bərqərar olması mümkündür.

Gununsesi.info xəbər verir ki, bu barədə o, Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasındakı çıxışında bildirib.

“Sülh və təhlükəsizlik şəraitində yaşamaq imkanı sülh içində yaşamaq istəyənlər üçün açıqdır – hər kəsin hüquqlarını qoruyan ədalətli sülh”, – Əl Şaraa deyib.

Bununla yanaşı, Suriya lideri vurğulayıb ki, Dəməşq Qolan təpələri ilə bağlı iddialarından imtina etməyəcək.

Əl Şaraa bəyan edib ki, İsrail hərbçilərinin Suriya ərazisinə hücumları və müdaxiləsi ərəb dövlətinin tam suverenliyinin tanınması barədə ümumdünya tendensiyasına ziddir.

Gununsesi.info