Ərdoğan mitinqlərdəki çıxışını təxirə saldı –  Səsində problem var

  • By admin
  • 31 Mart 2017 19:52

erdogan

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan referendumla bağlı planlaşdırılmış iki mitinqdəki çıxışını boğazında yaranmış problemə görə təxirə salıb.

“Qafqazinfo”nun “Hurriyet”ə istinadən verdiyi məlumata görə, aprelin 1-də keçiriləcək mitinqdə Ərdoğanı baş nazir Binəli Yıldırım əvəzləyəcək.

Qeyd edək ki, prezidentin bir neçə gün öncə Mardin şəhərində mitinqdə çıxışı zamanı səsi bir neçə dəfə qırılıb.

Bildirilir ki, onun intensiv iş qrafikinə görə boğazına soyuq olub.

 

Gununsesi.info