Ərdoğan o çəkici özü ilə Türkiyəyə apardı - VİDEO

  • Müəllif: admin
  • 04 Noyabr 2017 10:32
Xəbər verdiyimiz kimi, oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim keçirilib.
Gununsesi.info unikal.org-a istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyev və digər ölkələrin hökumət rəhbərləri Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə salınması mərasimi zamanı çivlərini vurdular və yoldəyişən qurğunu işə saldılar.
Türkiyə mətbuatının yaydığı məlumata görə, Ərdoğan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çivlərini vurduğu çəkici xatirə olaraq Türkiyəyə aparıb. Həmçinin tarixi dəmir yol xəttinin açılışı zamanı lent kəsdiyi qayçını da xatirə olaraq Türkiyəyə aparıb.

https://www.youtube.com/watch?time_continue=3&v=fnwU9-lP9UU

Gununsesi.info