Ərdoğan: “Sən kimsən?. Həddini bil!”

  • By admin
  • 29 İyul 2016 15:55

erdogan-1

 

Hakimiyyət çevrilişi baş verməmişdən öncə Türkiyədə baş verən siyasi proseslər gizli hökumətin olduğuna deməyə əsas verir.

Gununsesi. info xəbər verir ki, bu fikri Türkiyə Daxili işlər naziri Afkan Ala “Haberturk”ə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu çevrilişin arxasında mütləq hansısa siyasilərin və siyasi qüvvələr olub. “Ancaq hələlik əlimizdə bununla bağlı isbatedici faktımız yox. Bu həssas bir məsələdir. Əgər deyiriksə, gərək bu faktları ortaya qoyub sübut etmək lazımdır. Ümid edirəm ki, yaxın zamanlarda bu məsələ də ortaya çıxar və kimlərin bunun arxasında dayandğı bəlli olar”-deyə, daxili işlər naziri vurğulayıb. Gizli hökumətin olması ilə bağlı səslənən fikirlərə aydınlq gətirən nazir bildirib ki, konkret bir söz demək çətindir: “Ancaq Türkiyədəki çevrilişdən öncə baş verən siyasi proseslərə nəzər salsaq, o zaman buna yönəlik hadisələri asanlıqla görmək olar”.  Rəcəb Tayyib Ərdoğandan amerikalı generala: “Sən kimsən?. Həddini bil!”

Gununsesi.info xəbər verir ki, Ərdoğan bu fikri hakimiyyət çevrilişi zamanı 50 polis şəhid verən Xüsusitəyinatlı Polis Hərakatının qərargahını ziyarət edən zaman deyib.

O deyib ki, bu basqınlar bizim saqqalımızı kəsdilər. Amerikalı generalın da açıqlamalarına da “bu qərarı vermək sənin həddinmi, həddini biləcəskən, sən kimsən?” –deyərək sərt təpki göstərdi. “Sən mənim ölkəmdə həyata keçirilən hakimiyyət çevrilişini yatırdığına görə, təşəkkür etmək əvəzinə, qiyamçıların mövqeyini dəstkləyirsən”- deyə, Ərdoğan vurğulayıb. Ədoğan ameriaklı generalın ünvanına onu da söyləyib ki, zatən qiyamçıni ölkənizdə bəsləyirsiniz: “Mənim millətimi əsla inandıra bilməzsiniz. Millət bu hiylə planının içində olanları da yaxşı bilir”.