Ərdoğanla Putin arasında telefon danışığı olub

  • By admin
  • 19 Oktyabr 2016 11:54

putin

Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Gununsesi.info “Takvim”ə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti xəbər yayıb. Tərəflər Suriya və İraqdakı son vəziyyəti, terrorla mübarizə yollarını, Hələbdə atışmaların dayandırılması və ora humanitar yardımların çatdırılması məsələləri haqqında fikir mübadiləsi aparıblar.

Məlumata görə, Rusiya prezidenti V. Putin Türkiyənin Suriya ilə sərhəddə İŞİD-ə qarşı apardığı uğurlu mübarizəsini bir daha dəstəklədiyini bəyan edib.

Daha sonra Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin Türkiyə ilə Rusiya arasında ikitərəfli – iqtisadiyyat və enerji olmaq üzrə hər sahədə əlaqələrin genişləndirilməsi imkanları müzakirə edilib.

Anar
Gununsesi.info