
Hitlerin doğulduğu ev söküləcək.
Gününsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bunu Avstraliya Daxili İşlər naziri Volfqanq Sobotka Adolf Hitlerin doğulduğu ev ilə bağlı açıqlamasında bildirib. O deyib ki, Hitlerin doğulduğu ev söküləcək. Evin strukturu saxlana bilər. Lakin üzərində yeni tikili inşa olunacaq. Yeni tikiləcək bina xeyriyyəçi qurumların və ya ictimaiyyətin istifadəsi üçün nəzərdə tutulub. Ekspertlərin verdiyi bu qərarı vurğulayan Sobotka sökülmə işlərinin sürətlə həyata keçirilməsi üçün müəyyən proseslərin başladılacağını qeyd edib. Hitlerin doğulduğu evin neonasistlər tərəfindən ziyarət edilən bir məkana çevrilməsini istəməyən Sobotka tikilinin ilin sonuna qədər ictimailəşdirilməsi üçün gələn həftə müzakirələr aparılacağını bildirib.
Onu da qeyd edək ki, keçmiş lider 1889-cu ildə anadan olub və 3 yaşına kimi bu evdə yaşayıb. Hər il 20 aprel – Adolf Hitlerin doğum günündə evi ziyarət edən neonasistlər buranı müqəddəs məkan hesab edir və sökülməsinə qarşı çıxırlar.
Nigar Cəfərli












