Ərdoğanla Putini İlham Əliyevin barışdırması təsdiqləndi

  • By admin
  • 04 İyul 2016 08:57

novruz

“Azərbaycan Prezidenti Türkiyə-Rusiya münasibətlərinin bərpası üçün bir çox addımlar atdı”. Gununsesi.info xəbər verir ki, bunu Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov ANS-ə müsahibəsində deyib.

N.Məmmədov qeyd edib ki, Türkiyə və Rusiya həm yerləşdikləri regiona görə, həm də keçmiş tarixi əlaqələrinə görə daha çox bir-birinə yaxın, əməkdaşlıq edən dövlətlər olmalıdırlar: “Bu nöqteyi-nəzərdən biz əmin idik ki, gec-tez belə olacaq. Azərbaycan Prezidenti ilk vaxtlardan həm Türkiyə, həm də Rusiya rəhbərliyi ilə danışıqlarında belə bir situasiyada qarşılıqlı anlaşmanın, qarşılıqlı inamın və əvvəl mövcud olan münasibətlərin bərpasının vacibliyini qeyd etmişdir və bununla bağlı bağlı bir çox addımlar atmışdır. Bunu Türkiyə rəhbərliyi də qeyd etdi”.

PA rəsmisi əlavə edib ki, Türkiyə Azərbaycan üçün dost, tərəfdaş, qardaş ölkədir: “Rusiya da bizim yüzilliklərdir bağlı olduğumuz, həqiqətən də bütün sahələrdə ən yüksək əməkdaşlıq etdiyimiz ölkədir və bu əməkdaşlığı genişləndirmək, möhkəmləndirmək bizim əsas planımız olduğu üçün, əlbəttə, Türkiyə-Rusiya münasibətlərinin yaxşı olmasını istəyirdik. Və arada bir balaca soyuqluğun olması bizi bəlkə də elə Türkiyədən də, Rusiyadan da daha çox narahat edir. Çünki Türkiyə-Rusiya münasibətlərinin normallaşması Azərbaycan üçün də həmin ölkələr qədər faydalı olacaq”.