Ərdoğanla Tramp arasında telefon danışığı olacaq

  • By admin
  • 23 Yanvar 2018 21:55


ABŞ prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon görüşməsi keçirmək barədə Türkiyə tərəfinə təklif göndərib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu məlumat verib.

Onun sözlərinə görə, Ərdoğan təklifi qəbul edib. İki lider arasında telefon danışığı sabah baş tutacaq.

Görüşdə əsas müzakirə mövzusunun Türkiyənin Suriyanın Afrin bölgəsinə keçirdiyi “Zeytun budağı” adlı əməliyyat ehtimal edilir.

 

Gununsesi.info