Paşinyan Qırğızıstanda səfərdədir

  • Müəllif: Firuzə
  • 31 Avqust 2026 12:36

Ermənistan Baş naziri Nikol Paşinyan Qırğızıstana işgüzar səfərə gəlib.

Gununsesi.info  xəbər verir ki, onu Bişkekdə Manas Beynəlxalq Hava Limanında Qırğızıstan Baş naziri Adılbek Kasımalıyev qarşılayıb.

Nikol Paşinyan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) toplantısında və VI Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak edəcək.

Gununsesi.info