Köçəryan: “Hamı türk dilini öyrənməyə başlamalı olacaq”

  • Müəllif: Firuzə
  • 31 Avqust 2026 14:17

“Nikol Paşinyanın anadangəlmə qorxuları və kompleksləri manial şəkildə kəskinləşir, məhkəmə-hüquq sistemi isə onun fobiyalarına xidmət edir. Biz ölkəni itirə bilərik, görünür, xalq da kollektiv özünümüdafiə instinktini itirib”.

Gununsesi.info xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Robert Köçəryanın həbsxanadan göndərdiyi mesajında deyib.

Ermənistanın keçmiş lideri ona qarşı irəli sürülən ittihamları “olduqca absurd” adlandırıb.

“Ölkəni son dərəcə təhlükəli avantüraya cəlb ediblər və onu böyük dövlətlərin geosiyasi maraqlarının toqquşduğu mərkəzə çeviriblər”, – o bildirib.

Köçəryan Paşinyanı Azərbaycanın bütün tələblərini yerinə yetirməkdə də ittiham edib.

“Bütün bunlara son qoymaq lazımdır, yoxsa hamı türk dilini öyrənməyə başlamalı olacaq”, – o əlavə edib.

Xatırladaq ki, Robert Köçəryan avqustun 27-də vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda rüşvət alma və çirkli pulların yuyulması ittihamları ilə məhkəmənin qərarı əsasında iki aylıq həbs edilib.

Gununsesi.info