Ərdoğanla Tramp görüşdən sonra mesajlaşıblar - FOTO

  • Müəllif: admin
  • 17 May 2017 11:15

unnamed
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Donald Tramp danışıqlardan sonra öz “Tvitter” hesablarında bir-birlərinə təşəkkür mesajları yazıblar.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tramp öz “Tvitter” hesablarında “Bu gün Ağ Evdə prezident Rəcəb Tayyib Ərdoğanı qarşılamaqdan böyük şərəf duydum” mesajını yazıb.

Ərdoğan isə Amerika liderinin bu ismarıcını cavabsız qoymayaraq öz “Tvitter” hesabında bunları yazıb: “Hörmətli dövlət başcısına qonqpərvərliyinə görə təşəkkür edirəm. Bugünkü görüşmüzün uzun müddətdir var olan ittifaqımızı və strateji ortaqlığımızı gücləndirəcəyinə inanıram”.

unnamed (1)

Anar
Gununsesi.info