Əsərləri icazəsiz internetdə yayıldı     - MÜAZZEZ  ERSOY MƏHKƏMƏYƏ ÜZ TUTDU

  • By admin
  • 31 Oktyabr 2016 12:34

ersoy

 

Türk sənətçisi Muazzez Ərsoy iki albomunun maliyyə imkanlarını özündə saxlayan “Bonus Müzik”şirkətinə 60 min lirəlik (30 min manat) təzminat davası açıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Fikri və Sənaye Haqlar Hüquq Məhkəməsində Ərsoy əsərlərinin internetə yerləşdirilməsi ilə barədə özündən yazılı  şəkildə icazə alınmadığını iddia edib.

Sənədlərdə aşağıdakı hökm öz yerini alıb:

“Şirkət bu günə qədər sənətçiyə heç bir məbləğdə pul ödəməyib. Həmçinin, onun əsərlərini internet üzərindən böyük şirkətlərə sataraq haqsız şəkildə pul qazanıb. Sənətçinin əsərlərindən istifadə edənlərin ehtiyatlı davranmasını istəyir, “Bonus Müzik” şirkətinin internet gəlirini şikayətçiyə ödəməsini tələb edirik”.

Nigar Cəfərli

Gununsesi.info