Daha bir azərbaycanlı Türkiyəni “mat” qoydu - FOTO - VİDEO

  • By admin
  • 31 Oktyabr 2016 12:29

o-ses-1

Türkiyənin ən reytinqli yarışı “O səs Türkiyə”  bu həftə də yeni səslə tamaşaçılarını heyran qoyub.

Gununsesi.info xəbər verir ki, yarışa qoşulan Gülşən İbadova adlı vokal ifaçısı ifası ilə münsiflərinin hamısının üzünü çevirə bilib.

Gözəl səs sərgiləyən Gülşən tamaşaçılar tərəfindən aldığı alqışlar sayəsində bir daha ifa etmək məcburiyyətində qalıb. Hətta, münsiflərdən Gülşənə özü ilə çalışmağı təklif edən də olub.

Gununsesi.info