“Əsgər Ailəsi” şəhid qızının müdafiəsinə qalxdı - ALI BAŞ KOMANDANA MÜRACİƏT

  • Müəllif: admin
  • 23 Yanvar 2017 17:13

shehidqizi

“Əsgər Ailəsi” Cəmiyyətinin sədri, Qarabağ müharibəsi  veteranı, ehtiyatda olan zabit Roza Əliqızı  N saylı hərbi hissədə şəhid  Mübariz İsmayılovun qızı, çavuş Minarə Bayramovaya  (ismayılova)  qarşı komandirin etdiyi qeyri-qanuni hərəkətlərlə bağlı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və müdafiə naziri Zakir Həsənova müraciət ünvanlayıb.

Bu haqda Gununsesi.info-ya R.Əliqızı məlimat verib.

Müraciətdə deyilir:

“Cənab Prezident, Ali Baş Komandan! 
Bu müraciətim 1992-ci ildə Qarabağ uğrunda şəhid olmuş Mübariz Bayramovun qızı, çavuş Minarə Mübariz qızı Bayramovanın xidmət etdiyi N saylı hərbi hissənin komandiri Elşən Sanıyevin ona qarşı əxlaqsız təzyiqləriylə bağlıdır.

Belə ki, komandir öz çavuşuna “yaxşı yaşamaq  istəyirsənsə, mənimlə razılaş” təklifini etmiş və şəhid qızı  Minarə Bayramovanın sərt cavabından sonra  təzyiqlər edərək, onu  qanunsuz olaraq  işdən çıxarmış və şəhidimizə hörmətsizlik etmişdir!

Cənab Ali Baş Komandan mən Azərbaycan Ordusunda xidmət edən əsgər ailələri adından müraciət edərək,  zabit adına yaraşmayan, bu adı ləkələməklə, həm də şəhid adına və şəhid ailəsinə hörmətsizlik edən N saylı hərbi hissənin komandiri, (əgər ona komandir demək mümkünsə)  Elşən Sanıyevin nəlayiq  hərəkətlərinin cəzasız qalmaması üçün bu məsələnin araşdırılması üçün  aidiyyati qurumlara göstəriş verməyinizi xahiş edirik!
Komandirin bu hərəkəti təşkilatımızın üzlərini hiddətləndirib. Şəhid qızına olan bu sayğısızlığı,Vətənimiz uğrunda can vermiş bütün şəhidlərimizin ruhına sayğısızlıgq kimi başa düşürük!
Bu gün şəhid ailəsinə xainlik edən bir komandir hər zaman Vətəninə,Torpağına və Bayrağına da xainlik edər. Beləsinə Vətən əmanət edilməz!”.

Gununsesi.info