Məsud Bərzani: “Maliki hökumətinin idarə etdiyi İraqın daxilində qala bilmərik”

  • Müəllif: admin
  • 23 Yanvar 2017 17:09

masud

Şimali İraq Kürd Muxtariyyətinin sədri Məsud Bərzani Nuri əl-Maliki yenidən İraqın baş naziri olacağı təqdirdə Kürdüstanın müstəqilliyini elan edəcəyini bəyan edib.

Gununsesi.info Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu haqda Məsud Bərzani Londonda ərəb dilində nəşr edilən “El Şark el Ewsat” qəzetinə verdiyi açıqlamada belə deyib.

O, bildirib ki, Nuri əl-Maliki hökumətinin idarə etdiyi İraqın daxilində qala bilmərik.

M. Bərzani kürdəsilli İraqın keçmiş xarici işlər naziri Hoşyar Zebarinin vəzifədən uzaqlaşdırıldığını, baş nazir Heydər əl-İbadinin Mosul əməliyyatında məğlubiyyətə düçar edilməsinin hədəfləndiyini, bununla da Nuri əl-Malikinin yenidən baş nazir postuna gətirilməsi barədə planların olduğunu bildirib.

Eyni zamanda, M. Bərzani ABŞ-ın 45-ci prezidenti Donald Trampın kürdlərə dəstəyini davam etdirəcəyinə inandığını da əlavə edib.

Anar

Gununsesi.info